CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis Bakı əhalisinə xəbərdarlıq etdi

© Photo : AZƏRTACBakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı polisi paytaxt əhalisinə çağırış edib: "Hərbi vəziyyətin qaydalarına və komendant saatına əməl edək"

BAKI, 4 oktyabr - Sputnik. “Hərbi vəziyyət rejimi ilə əlaqədar Bakı şəhərində saat 21:00-dan tətbiq olunan komendant saatı müddətində yaşayış yerlərinizi tərk etməmək tələb olunur”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakıda Post Patrul Xidməti (PPX) avtomobilindən əhaliyə edilən müraciətdə qeyd olunub.

“Əks halda qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaqsınız. Müqəddəs borcunuzun yerinə yetirilməsində həmrəylik nümayiş etdirib dövlət orqanlarına dəstək olun” deyə, bildirilib.

Xəbər lenti
0