SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Ordusunun şəxsi heyəti humanitar hüquq normalarına riayət edir

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə “Beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum”un tələblərinə uyğun fəaliyyət göstərir.

BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə “Beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum”un tələblərinə uyğun fəaliyyət göstərir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. 

"Hərbçilərimiz hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin mühafizəsini təşkil etmək, onlara tibbi və digər yardım göstərmək, eləcə də itkin düşmüş və vəfat etmiş şəxslərlə davranış qaydalarına riayət etmək bacarığına malikdirlər.
Bundan başqa, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən mülki əhali və infrastrukturun hərbi qulluqçu və obyektlərdən fərqləndirilməsi həyata keçirilir, mülki əhali və infrastrukturun hərbi zərbələrdən qorunması təmin edilir.
Eyni zamanda Azərbaycan Ordusu tərəfindən şəraitin imkan verdiyi hallarda mülki əhalinin qabaqcadan məlumatlandırılması, həmçinin öz nəzarətində olan əhalinin düşmən zərbələrindən qorunması tədbirləri həyata keçirilir", - deyə məlumatda bildirilir. 

Xəbər lenti
0