SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ali Baş Komandan xalqa müraciət etdi: Bu gün Cəbrayıl rayonu və doqquz kəndi azad edilib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev: "Bu gün Cəbrayıl şəhəri və 9 kənd işğaldan azad olunub"

BAKI, 4 oktyabr - Sputnik. “Bu gün Cəbrayıl şəhəri və 9 kənd işğaldan azad olunub. Cəbrayıl sakinlərini təbrik edirəm”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev Azərbaycan televiziyası vasitəsilə xalqa müraciəti zamanı deyib.

Prezident İlham Əliyev Cəbrayıl rayonunun və digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edib: “Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıtdı. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”

Ali Baş Komandan qeyd edib ki, uzun illərdən sonra Cəbrayıl şəhəri azad edilib: “Cəbrayıl bizimdir!”

İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhəri ilə yanaşı rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Decal kəndlərini də işğaldan azad etdiyini bildirib.

Xəbər lenti
0