CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bolunun ən yüksək nöqtəsinə bayrağımız asıldı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidСтамбул, фото из архива
Стамбул, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusuna dəstək məqsədilə Türkiyənin Bolu vilayətindəki bayraq meydanında Azərbaycan bayrağı asıldı

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Ordusuna dəstək məqsədilə Türkiyənin Bolu vilayətindəki bayraq meydanında Azərbaycan bayrağı asıldı. 100 kvadratmetrlik üçrəngli bayrağımız Bolunun ən yüksək təpəsində dalğalanır.

Xatırladaq ki, Azərbaycan Ordusuna dəstək məqsədilə Türkiyənin Ankara şəhərindəki "TOBB towers" binaları, İstanbulun Qalata qülləsi, İzmirin saat qülləsi, Amasyada Amasya şəhərinin simvolu olan Harşena dağının müxtəlif nöqtələrində bayraqlarımız əks olunub.

Xəbər lenti
0