SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənilər Beyləqanı hədəf alıblar

© Sputnik / Ibrahim HashimovРазрушенный в результате обстрела жилой дом в Тертерском районе Азербайджана
Разрушенный в результате обстрела жилой дом в Тертерском районе Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Mərmi qəlpələrindən inzibati binaya zərər dəyib. Xoşbəxtlikdən, binada növbədə olan əməkdaşlar xəsarət almayıblar

BAKI, 3 oktyabr - Sputnik. Azərbaycan Ordusunun zərbələri qarşısında tab gətirməyən erməni silahlı birləşmələri beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın şəhər və kəndlərini, dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Dövlət Vergi Xidməti düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumat verib. Bu gün saat 20 radələrində artilleriya mərmiləri təmas xəttindən xeyli aralıda yerləşən Beyləqan şəhərinin SMD-42 qəsəbəsindəki Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına düşüb. Mərmi qəlpələrindən inzibati binaya zərər dəyib. Xoşbəxtlikdən, binada növbədə olan əməkdaşlar xəsarət almayıblar.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Xəbər lenti
0