SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müddətli hərbi xidmətə çağırılanlar cəbhəyə deyil, təlim mərkəzlərinə göndərilir

Abunə olmaq
Dövlət Xidməti: Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər.

 

BAKI, 2 oktyabr — Sputnik. On minlərlə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı - Sputnik Azərbaycan
Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi

General-mayor qeyd edib ki, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox, on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər:

"Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər. Biz vətənpərvərlik nümayiş etdirərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlara bir daha təşəkkür edirik".

O, həmçinin qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən, oktyabr çağırışına başlanılıb: "Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində onlarla orada təlimlər keçiriləcək, hərbinin sirləri öyrədiləcək, sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər".

Xatırladaq ki, sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.

Xəbər lenti
0