SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın əsas hərbi infrastruktur və logistika sistemlərinə sarsıdıcı zərbələr vurulub

Abunə olmaq
Hikmət Hacıyev: Bu bazaların qısa müddət ərzində sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin müqavimətinin sıradan çıxarılması deməkdir.

BAKI, 2 oktyabr — Sputnik. "Əməliyyatların gedişi onu göstərir ki, Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın cəbhədəki nailiyyətləri Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdır: "İşğal altında olan ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin əsas hərbi infrastrukturu, logistika sistemlərinə çox ciddi zərbələr vurulub. Vətəndaşlar bilməlidir ki, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərimizdə hərbi infrastruktur, istehkam sistemləri qurulub. Bu bazaların qısa müddət ərzində sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin müqavimətinin sıradan çıxarılması deməkdir".

Xəbər lenti
0