BAKI, 2 oktyabr — Sputnik. Erməni və yunan haker qruplarının yaydığı 83 dövlət saytına uğurlu hücum cəhdləri həqiqətə uyğun deyil.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə saat 1-2 radələrində həmin saytlara DDoS hücum cəhdləri edilsə də, hər birinin qarşısı uğurla alınıb.