CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad edilmiş ərazilərdə hələ təmizləmə işləri aparılmır

© Sputnik / Ilham MustafayevANAMA əməkdaşlarının Ağstafada əməliyyatı
ANAMA əməkdaşlarının Ağstafada əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda ANAMA-nın qrupları yaşayış məntəqələri, rayon mərkəzləri və Tərtər şəhərinin ərazilərinə düşmüş mərmilərin götürülməsi ilə məşğuldur.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 01 oktyabr — Sputnik. "İşğaldan azad edilmiş ərazilərdə, kəndlərdə hələ ki, heç bir təmizləmə işləri aparılmır. Çünki həmin ərazilərdə döyüşlər davam edir və bizim ora daxil olmaq ixtiyarımız yoxdur".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanında hərbi rejimlə əlaqədar yaradılmış Operativ Qərargahın rəisi İdris İsmayılov məlumat verib. O qeyd edib ki, hazırda qurumun qrupları yaşayış məntəqələri, rayon mərkəzləri və Tərtər şəhərinin ərazilərinə düşmüş mərmilərin götürülməsi ilə məşğuldur.

"Ağdam, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, Tərtər - bu istiqəmətlərdə bizim qruplar əməliyyatlar aparırlar. Bizim 12 qrupumuz var. Qruplarımız yalnız hələ ki, əkin sahələrinə, yaşayış məntəqələrinə düşmüş mərmilərin və raketlərin götürülüb, zərəsizləşdirilməsi ilə məşğuldur", - deyə bildirən Qərargah rəisi əlavə edib ki, əməliyyatlar Daxili İşlər Nazirliyinin (DİN) 102, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə daxil olan müraciətlər əsasında həyata keçirilib.

Yeni Qalada - Sputnik Azərbaycan
QARABAĞ
ANAMA əhaliyə xəbərdarlıq etdi

Onun sözlərinə görə, həmin ərazilərdə vətəndaşlar özləri də mobil qruplara yaxınlaşaraq, məlumat verirlər.

Məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi və rayon icra hakimiyyətləri nümayəndələri ilə əraziyə baxış keçirilir.

İ.İsmayılov vətəndaşlara müraciət edərək bildirib ki, ərazilərdə vətəndaşlar partlamamış mina, silah-sursat, raket qalıqları aşkar edərsə, dərhal rayon icra hakimiyyətlərinə, DİN-nin 102 və FHN-nin 112 xidmətlərinə dərhal məlumat verməlidirlər.

"Belə olan halda bizim qruplar aşkar edilmiş silah-sursatı dərhal götürüb zərərsizləşdirə, yerli sakinlərin təhlükəsiz yaşayını təmin edə bilər", - deyə qeyd edən Qərargah rəisi əlavə edib ki, mobil qruplar 24 saat fəaliyyət göstərir.

Qeyd edək ki, ANAMA-da ölkədə hərbi vəziyyətlə bağlı Operativ Qəragah yaradılıb. Müraciətlər 24 saat qəbul edilir və qruplar koordinasiya olunur.

Xatırladaq ki, son 27-29 sentyabr tarixində müvafiq qurumlara daxil olmuş 36 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun 1-ci 4 Yol, Quzanlı qəsəbələri və Çəmənli kəndi, Ağcabədi rayonunun Qaradolaq, Ağgöl, Avşar, Hacılar kəndləri, Tərtər rayonun Qaynaq, Sarıcalı, Çəmənli kəndləri və Şıxarx qəsəbəsi, Füzuli rayonun Şükürbəyli və Horadiz kəndləri, Goranboy rayonunun Qaramusalı, Həmənli, Qaraçinar, Boluslu, Meşəli, Qırıqlı kəndləri, Biləsuvar rayonun Nəriman kəndi, Naftalan rayonunun Qaşaltı kəndi və Hacıqabul rayonu ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 34 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Xəbər lenti
0