CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir: Səfərbərliyə cəlb olunan müəllimlər əvəz ediləcək

© Sputnik / Murad OrujovУчебный процесс в одной из средних школ Баку, фото из архива
Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda 65 yaşından yuxarı olan müəllimlər var ki, onlar da dərslərdə iştirak edə bilmirlər. Onların maaşı saxlanılmaqla əvəz edilir".

BAKI, 30 sentyabr — Sputnik. "Hazırda "Məktəblinin dostu" layihəsinin əməkdaşları arasında döyüşlər üçün cəbhəyə yollanlar var".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə danışıb.

O qeyd edib ki, qanunda müəllimlərin əvəz edilməsi prosedurları var. Belə ki, öz iradəsindən asılı olmadan dərslərdə iştirak etməyən müəllimlər əvəz edilir: "Onların arasında səfərbərliyə cəlb olunma olarsa, həmin müəllimlər əvəz ediləcək. Hazırda 65 yaşından yuxarı olan müəllimlər var ki, onlar da dərslərdə iştirak edə bilmirlər. Onlar da maaşları saxlanılmaqla əvəz edilirlər".

Xəbər lenti
0