BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlamaq qərarına gəlib.
Ordumuzun qələbələri və işğal olunmuş bir sıra kəndlərin azad edilməsi barədə xoş xəbərlər paytaxt sakinlərini ruhlandırıb. Azərbaycan hərbçilərinə dəstək vermək üçün vətəndaşlar öz evlərinin pəncərələrində və balkonlarında dövlət bayraqlarını asıblar. Bayraqları avtomobillərə bərkidirlər, bəziləri isə sadəcə Azərbaycan trikoloruna bürünərək gəzirlər.
Xatırladaq ki, əks-hücum zamanı Azərbaycan Ordusu Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndlərini azad edib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində düşmənin bir neçə postu məhv edilib, bu yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə götürülüb.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əks-hücum zamanı cəbhənin Goranboy istiqamətində strateji yüksəkliklərdən birini – Murovdağ silsiləsinin Murov zirvəsini azad ediblər. Azərbaycan Ordusu Talış kəndi ətrafında da bir neçə əlverişli yüksəkliyi Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.