ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı

© AP Photo / Andrew HarnikФлаг США, фото из архива
Флаг США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ kənar qüvvələrin təsiri ilə artan şiddətdə iştirakın faydasız olacağını və regional gərginliyi daha da artıracağını düşünür

BAKI, 28 sentyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan və Ermənistan arasında zorakılığın artması barədə bəyanat yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bəyanatda deyilir.

"Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk. ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır. ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq, hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyətin daha da gərginləşməməsi üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb. ABŞ kənar qüvvələrin təsiri ilə artan şiddətdə iştirakın faydasız olacağını və regional gərginliyi daha da artıracağını düşünür".

"Tərəfləri ən qısa müddətdə substantiv danışıqları bərpa etmək üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişənin sülh və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır", - səfirliyin bəyanatında deyilir. 

Xəbər lenti
0