BAKI, 28 sentyabr — Sputnik. "Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə sentyabrın 27-də videokonfrans vasitəsilə müzakirələr apardıq. Beynəlxalq ictimaiyyətin erməni təxribatları barədə məlumatlandırılması ilə bağlı səfirlərimizə tapşırıqlar verilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov məlumat verib. O bildirib ki, videokonfransda diplomatlarla Ermənistanın növbəti təxribatları barədə müzakirələr aparılıb. Onun sözlərinə görə, görüşdə diplomatlara müvafiq tapşırıqlar verilib.
"Biz beynəlxalq təşkilatları da davamlı şəkildə məlumatlandıracağıq", - deyə nazir bildirib.