CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rus İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı

© AP Photo / Alexander ZemlianichenkoYerevan
Yerevan - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Rus İcması: "Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaradıb"

 

BAKI, 28 sentyabr — Sputnik. Ermənistanın bütün cəbhə xətti boyunca növbəti təxribatı ilə əlaqədar Azərbaycanın Rus İcması bəyanat verib. Sputnik Azərbaycan həmin bəyanatı təqdim edir:

"Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun cəbhə xətti boyunca yerləşən mövqelərini və cəbhəyanı zonada yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə xətti boyunca mövqelərini, Tərtər rayonunun Qapanlı kəndini, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərini, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini atəşə tutublar. İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var. Mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələrinin döyüş fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyunca əks-həmlə əməliyyatına başlamaq barədə qərar qəbul edib. Təsdiqlənmiş məlumata görə, Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdurrəhmanlı və Kənd Horadiz, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Подразделения АР проводят боевую операцию по освобождению земель - Sputnik Azərbaycan
VİDEO
“Atəş!” – Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam edir

Biz – Azərbaycanın etnik rus əhalisi Ermənistan rəhbərliyinin münaqişənin gərginləşməsinə və suveren Azərbaycan dövlətinin yeni ərazilərini ələ keçirmək cəhdinə yönələn təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyirik. Ölkənin etnik rus vətəndaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttində vəziyyətlə və bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyir. Biz ordumuzun, igid hərbi qulluqçularımızın nümayiş etdirdiyi dözüm və rəşadətə onlara təşəkkür edirik! Vəziyyətdən asılı olmayaraq, Azərbaycanın rus əhalisi 90-cı illərin əvvəllərində olduğu kimi daim Azərbaycan xalqı ilə, qardaşlarımızla çiyin-çiyinə dayanmağa və Azərbaycan sərhədlərinin möhkəmlənməsi hüququnu qoruyaraq Vətənimizi sonadək müdafiə etməyə hazırdır! Azərbaycan, onun rəhbərliyi 25 ildən çoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq birlik tərəfindən tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlamağa çalışır.

Военные Азербайджана и Турции оттачивают мастерство - захватывающие кадры - Sputnik Azərbaycan
Müdafiə Nazirliyi: Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam etdirilir

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu regionda sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyidir. Beynəlxalq təşkilatlara – BMT, ATƏT və onun Minsk qrupuna, Avropa ictimaiyyətinə, həmçinin bir sıra sülhməramlı təşkilatlara Ermənistan rəhbərliyini bütün danışıqlar prosesinin sabitliyini pozmaq üçün təkrarlanan cəhdlərə görə məsuliyyətə çağırmaq barədə müraciətlər edilib.

Ermənistanın bu il iyul ayında Tovuz istiqamətində hərbi təxribatı növbəti dəfə sübut etdi ki, rəsmi Yerevan bütün beynəlxalq razılaşmalara zidd olaraq danışıqlar prosesini pozmağa çalışır və qeyri-qanuni şəkildə erməni işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayondan uzaqda yerləşən rəsmi sərhəd istiqamətində hücuma keçərək məqsədli şəkildə münaqişə zonasını genişləndirir. Əfsuslar olsun ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinə heç bir sərt çağırışlar olmadı və bu gün Ermənistanın növbəti təxribatı irimiqyaslı hərbi əməliyyatların başlanmasına, həm hərbçilərin, həm də dinc sakinlərin ölümünə gətirib çıxardı.

Флаг Азербайджана - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib

Ermənistanın cinayətkar rəhbərliyi tərəfindən başlanmış silahlı münaqişə müstəqil və suveren Azərbaycan Respublikasının ərazisində artıq 30 ildən çoxdur ki, davam edir. Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaradıb. Nəticədə, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qovulub, Xocalı şəhərinin faciəsi baş verib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, Azərbaycanın milli sərvətləri və tarixi abidələri vəhşicəsinə məhv edilib. Azərbaycanın rus icması beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə və öz hərəkətləri ilə bütün regionun sabitliyini təhlükə altına qoya biləcək təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırır".

Xəbər lenti
0