Sentyabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. İclasda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupun tərkibinə dəyişiklik müzakirə və təsdiq olunub. Komitənin sədri Bəxtiyar Əliyev qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, təhsilin ayrı-ayrı pillələri üçün qanun qəbul edilməsi zəruridir: “Bununla həmin pillələrin idarə mexanizmi, maliyyələşmə məsələləri müəyyən edilir. Ali təhsil pilləsində ciddi boşluqlar var. Bu da özünü bir çox istiqamətlərdə göstərir. “Ali təhsil haqqında” qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir. Bu həm də ali təhsil pilləsində keyfiyyətin, rəqabətliliyin artmasına, ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz