CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğan: "Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındayıq"

© AFP 2024 / ADEM ALTANПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın təhrikedici hücumları qarşısında gərəkli və lazımı bir münasibət ortaya qoymaması beynəxlalq birliyin ikili standartlarını bir daha göstərir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində qeyd edib.

"Azərbaycana qarşı hücumlarına bir yenisini də əlavə edən Ermənistan bölgədə sülh və dincliyin önündə ən böyük təhdid olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Ermənistanın təhrikedici hücumları qarşısında gərəkli və lazımı bir münasibət ortaya qoymaması beynəlxalq birliyin ikili standartlarını bir daha göstərir. Təxminən 30 ildir ki, məsuliyyətsiz mövqe sərgiləyən Minsk üçlüyü də həll yolu axtarışına istiqamətlənən davranışlardan çox uzaqdır", - deyə Ərdoğan yazıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Xəbər lenti
0