BAKI, 27 sentyabr — Sputnik. "Ermənistan Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını qətiyyətlə qınayırıq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb.
Ermenistan’ın Azerbaycan’a yönelik saldırısını şiddetle kınıyoruz.
— Ibrahim Kalin (@ikalin1) September 27, 2020
Ermenistan sivil yerleşim birimlerine saldırarak ateşkesi ihlal etmiş ve barış ve istikrara karşı olduğunu bir kez daha göstermiştir. Uluslararası toplum bu tehlikeli provokasyona derhal dur demelidir.
O qeyd edib ki, beynəlxalq ictimaiyyət təhlükəli təxribatın dərhal dayandırması üçün səsini ucaltmalıdır: "Türkiyə bu hücumların qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir".