CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paşinyan Putinə zəng vurdu

© Sputnik / Dmitriy Astahov / Mediabanka keçid Премьер-министр Армении Никол Пашинян, фото из архива
 Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan SQ genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub

BAKI, 27 sentyabr — Sputnik. Ermənistanın Baş Naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Danışıq erməni tərəfin təşəbbüsü ilə baş tutub. Paşinyanla Putin Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini müzakirə ediblər.

“Rusiya tərəfi genişmiqyaslı hərbi toqquşmaların yenilənməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib. Qeyd olunub ki, hazırda qarşıdurmanın bundan sonrakı eskalasiyasına yol verməmək üçün bütün lazımi səylər göstərilməli, ən əsası isə - döyüşlər dayandırılmalıdır”, - məlumatda deyilir.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Xəbər lenti
0