Şərab sisterni partladı, hər yan al rəngə boyandı

© Sputnik / Ilham MustafayevKarl Markus və Soller qardaşları tərəfindən inşa edilən şərab zavodu
Karl Markus və Soller qardaşları tərəfindən inşa edilən şərab zavodu - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

BAKI, 26 sentyabr — Sputnik. İspaniyada şərab sisterninin partlaması hər tərəfi qırmızı rəngə boyayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Villamalea vilayətində baş verib. Belə ki, şərab istehsalı zavodunda çaxırla dolu sisternin partlaması ilə 50 min litr qırmızı şərab ətarfa yayılıb.

Qeyd edək ki, hadisə İspaniyanın"Bodegas Vitivinos" adlı şərab evində baş verib. Bildirilib ki, ətrafa yayılan şərab bu il ərzində toplanan məhsul olub. Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

Xəbər lenti
0