BAKI, 26 sentyabr — Sputnik. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19 –dan ölənlərin sayı 2 milyondan çox olacaq.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar departameninin rəhbəri Mayk Rayan danışıb.
"Biz böyük regionlarda xəstəliyin ciddi şəkildə artdığını müşahidə edirik" - deyə Rayan əlavə edib.
Rayan avropalıları, sərt məhdudiyyətlərə ehtiyac duymamaq üçün kifayət qədər iş görüb-görmədiklərini və test, karantin və sosial məsafə kimi alternativlərin tətbiq edilib-edilmədiyini özlərindən soruşmağa çağırıb.
Rayan əlavə edib ki, xəstəliyin müalicə metodları yaxşılaşdıqca ölüm halları azala bilər.
"Ancaq daha təsirli müalicə və hətta təsirli peyvəndlər iki milyondan çox ölümün qarşısını almaq üçün yetərli olmaya bilər. Razılaşdırılmış beynəlxalq fəaliyyət olmadan bu rəqəm daha yüksək ola bilər "deyə Rayan eyd edib.