SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Axmaq olmaq istəmirik". Tramp seçki fırıldaqçılığı barədə xəbərdarlıq etdi

© REUTERS / JONATHAN ERNSTПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz yalnız onların fırıldaqlıq edəcəyi təqdirdə seçkiləri uduzacağıq. Biz buna imkan verə bilmərik", – Tramp bildirib.

BAKI, 26 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə məğlub olacağı təqdirdə hakimiyyətin "dostcasına" ötürülməsi prosesini istədiyini bəyan edib. Lakin Tramp yalnız demokrat rəqiblərinin poçt vasitəsilə səsvermədə fırıldaqlıq edəcəyi təqdirdə uduzacağını bildirib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu Virciniyada tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Biz yalnız onların fırıldaqlıq edəcəyi təqdirdə seçkiləri uduzacağıq. Biz buna imkan verə bilmərik. Çünki bu insanlar ölkəmizi məhv edəcəklər, bunun baş verməsinə icazə verə bilmərik", – Tramp bildirib.

"Biz çox dostcasına bir keçid dövrü istəyirik, amma bizi aldatmalarını istəmirik. Onların minlərlə bülletenlə fırıldaqlıq etdiyini bilə-bilə "bəli, əlbəttə ki, gəlin hakimiyyəti verək" deyəcək qədər axmaq olmaq istəmirik. Biz buna dözməyəcəyik", – prezident əlavə edib.

O, həmçinin qeyd edib ki, ola bilsin seçkinin qalibi seçkidən sonra hələ bir neçə ay ərzində məlum olmasın.

Xəbər lenti
0