BAKI, 25 sentyabr — Sputnik. Təhsil Nazirliyi 25 sentyabr üzrə ümumtəhsil müəssisələri üzrə COVID-ə yoluxan şagirdlərin sayını açıqlayıb. Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 86, işçi heyətinin sayı 3 olub.
Virusa yoluxmuş şagirdlərin sayı 13, işçi heyətinin sayı 7 nəfər təşkil edib. Distan təhsilə keçirilmiş siniflərin sayı 2 olub. Bu günə qədər distant təhsilə keçən siniflərin sayı 11, məktəb sayı isə 1-dir. Azərbaycanda son sutka ərzində koronavirus səbəbindən daha 2 sinif distant təhsilə keçib.
Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 11, məktəb sayı isə birdir.