CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Borclu istixanalardan xəbər var - Bu qışa hazırlıq gedir

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidПарник, фото из архива
Парник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1%-ə bərabərdir.

BAKI, 25 sentyabr — Sputnik. 2020-ci il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün növbəti isitmə mövsümünün yaxınlaşmasına az müddət qalır. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ərəfədə borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır: "Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 92,3% təşkil edir. Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 67,1% təşkil edir. Salyan Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 89,6% təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1%-ə bərabərdir".

Qeyd edək ki, pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün bəzi sahibkarlar tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə müraciətlər daxil olmaqdadır. Ölkədə sahibkarlığın inkişafına göstərilən diqqətə dəstək olaraq Birlik də bu kimi məsələlərin qarşılıqlı şəkildə həllinə önəm verir. Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılır. 

Xəbər lenti
0