CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkim sözü: "Artıq toyların keçirilməsinə icazə verilməlidir"

© AFP 2024 / SAFIN HAMEDНевеста, фото из архива
Невеста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Vətəndaşlara restoranlarda - qapalı məkanlarda - yad insanlarla eyni mühitdə oturmağa icazə verilir ki, burada yoluxma ehtimalı daha güclüdür. Ancaq toy edib, qohum-əqrabası ilə eyni məkanda oturmağa icazə verilmir”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Uzun müddət toylara icazənin verilməməsi aqressiyaya, hətta gələcəkdə sosial partlayışa səbəb ola bilər.

Bu fikirdə olan nevroloq Qalib Əsədov hesab edir ki, Azərbaycanda karantin rejiminin aradan qaldırılması məsələsinə yenidən baxılmalıdır.

"Karantin rejimi bu qədər uzadılmalı deyildi. Koronavirus infeksiyasını Azərbaycandan da ağır keçirən ölkələr olub. Çinin Uhan şəhəri, İtaliya, Almaniya və s. ölkələrdə COVID-19 yeni növ koronavirus infeksiyası daha ağır vəziyyətdə keçdi. Ancaq bu ölkələrdə karantin rejimi 1 ay müddətində tətbiq edildi. Karantin lokal şəkildə olur. Məsələn, bir bölgədə infeksiya aşkarlanıbsa, həmin bölgəni karantinə alırlar. Ancaq infeksiya bütün ölkədə varsa, artıq karantin rejiminin əhəmiyyəti yoxdur", - deyə o, Sputnik Azərbaycan-a bildirib.

Həkimin sözlərinə görə, Azərbaycan karantin rejimində ciddi addımlar atıb. Belə ki, pandemiya başlayanda ölkədə maska, spirt çatışmazlığı vardısa, sonradan qısa zamanda bu öz həllini tapıb.

"Azərbaycan artıq bu problemin öhdəsindən gəlməyə hazırdırsa, karantin rejiminin iqtisadiyyata vurduğu zərərlər nəzərə alınmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının baş epidemioloqu Mariya van Kirxove deyir ki, karantin rejimi davam edərsə, bunun zərərləri koronavirusun vurduğu zərərlərdən daha ağır olacaq. BMT-nin rəhbəri isə koronavirisun fəsadlarından danışanda bildirdi ki, koronavirusla bağlı karantin rejimi davam edərsə, küt, savadsız bir nəsil yaranacaq. ÜST karantin rejiminin dayandırılması ilə bağlı bəyanatlar versə də, Azərbaycan çimərlik mövsümünü çəkinə-çəkinə yay qurtaranda açdı, rayonlara gediş-gəlişi yeni tədris ilinin ərəfəsində, istirahət mövsümünün bitdiyi bir zamanda açdı", - deyən nevroloq qeyd edib ki, artıq toyların keçirilməsinə icazə verilməlidir.

ZAQS - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nikaha daxil olmaq toy etməkdən də çətin oldu

Toyun insan həyatında önəmli hadisə olduğunu vurğulayan mütəxəssis bildirib ki, uzun müddət toylara icazənin verilməməsi aqressiyaya səbəb ola bilər: "Baxın, vətəndaşlara restoranlarda - qapalı məkanlarda - yad insanlarla eyni mühitdə oturmağa icazə verilir ki, burada yoluxma ehtimalı daha güclüdür. Ancaq toy edib, qohum-əqrabası ilə eyni məkanda oturmağa icazə verilmir. Ölkədə bir il müddətinə toyların keirilməsinin qadağan edilməsi bir neçə ildən sonra demoqrafik göstəricilərə təsir edəcək".

Q.Əsədov qeyd edir ki, karantin rejimi bitəndən sonra vəziyyət daha da ağırlaşacaq.

"Toylardan restoranlar, ofisiantlar, xadimələr, musiqiçilər dolanırlar. İndi siz düşünün, nə qədər insan sıxıntılı vəziyyətdədir", - deyə o bildirib.

Mütəxəssis Azərbaycanda koronavirus testlərinin baha olması məsələsinə də toxunub.

O qeyd edib ki, ölkədə ekspress testlər olmalı və əhali ucuz qiymətə test edilməlidir. Əgər əhalinin 50 faizində xəstəlik aşkarlanarsa, bu artıq kollektiv immunitetin yaranması deməkdir. Təəssüflə qeyd etməliyik ki, ölkəyə ucuz, hamının istifadə edə biləcəyi ekspress testlər gətirilmir.

Mütəxəssisin fikrincə, belə testlərin gətirilməsi çox vacibdir.

Xəbər lenti
0