CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pikaplar aparılsa, qarşılığı ödənəcək

© Sputnik / Irade JELILPikaplar
Pikaplar - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda bu proseslər həyata keçirilir. Bu günə kim kiminsə avtomobilini döyüş bölgəsinə aparıb, məhv etməyiblər"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən, silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.

Пикапы на стоянке, фото из архива - Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyi "Pikap"ların yığılması məsələsinə aydınlıq gətirdi

Bu məqsədlə pikap tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir.

Pikapların yoxlamadan keçirilməsi və qeydiyyata alınması avtomobil bazarında onların qiymətinə heç bir təsir etməyib.

Bu barədə Sputnik Azərbaycan-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı danışıb:

"Bəzi dar düşüncəli insanlar bu xəbərdən sonra "mənim də avtomobilimi əlimdən alarlar" deyib, avtomobilini satmağa çalışırlar. Heç kimin avtomobili hazırda cəbhə bölgəsinə aparılmayıb. Avtomobillər cərimə meydançasındadır. Onların qeydiyyatı və texniki mayinəsi aparılır. Hazırda bu proseslər həyata keçirilir. Bu günədək kiminsə avtomobilini döyüş bölgəsinə aparıb, məhv etməyiblər. Əgər belə hal baş versə, bunun qarşılığı veriləcək. Vətəndaşlar narahat olmamalıdırlar. Çünki bu, qanunvercilikdə öz əksini tapmış bir məsələdir".

Ekspert qeyd edib ki, bu kimi xəbərlərin mövcudluğu avtomobil bazarında pikapların satışına və qiymətinə heç bir təsir etməyib.

"Ucuzlaşma və ya bahalaşma müşahidə edilməyib", - deyən E. Muradlı bildirib ki, avtosalonlar ölkəyə pikapların gətirilməsi və satışı işi ilə məşğul olur. Yəni dəyişən heç nə yoxdur.

Xəbər lenti
0