CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ də susur

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Yeni tədris ilində iş dəftərlərinin satışı ilə bağlı qəribə vəziyyət yaranıb. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, aşağı siniflərdə iş dəftərlərinin satışı bu dəfə kitab mağazalarında deyil, poçt məntəqələrində həyata keçirilir. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, müəllimlər onlara 1 və 2-ci sinif üçün ana dili, riyaziyyat, ingilis dilindən iş dəftərləri almağı tapşırıblar. Bildirilib ki, iş dəftərlərini ancaq poçt məntəqələrindən ala bilərsiniz. Bəzi poçt məntəqələrində isə iş dəftərləri tapılmır: "Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı".

© Sputnik / Stringerİş dəftəri
İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ də susur - Sputnik Azərbaycan
İş dəftəri

Sputnik Azərbaycan iş dəftərlərinin poçt məntəqələrində satışının səbəbini araşdırıb.

Xətai rayonu 3 saylı poçtun 16 saylı poçt şöbəsindən iş dəftərinin satıldığını təsdiqlədilər. Poçtdan Sputnik Azərbaycan-a bildirdilər ki, 1-ci və 2-ci sinif şagirləri üçün iş dəftərləri var: "Ana dili və riyaziyyat fənləri üzrə iş dəftərləri iki manat, ingilis dili üzrə iş dəftəri 3 manatdır".

6 saylı poçt filialının 53 saylı poçt şöbəsindən isə bildirdilər ki, iş dəftərləri satılıb qurtarıb. Əlaqə saxladığımız digər poçt məntəqələrinin də əksəriyyətindən iş dəftərlərinin satıldığını, bəzilərini isə çox az qaldığını bildirdilər.

İş dəftərlərinin hansı səbəbdən poçtda satıldığının səbəbini açıqlamadılar:

"Səbəbini biz özümüz də bilmirik. Təhsil Nazirliyindən poçtlara paylanıb, biz də satırıq".

Əlaqə saxladığımız digər poçtlardan da eyni cavabı aldıq. Bildirdilər ki, hansı səbəbdən iş dəftərlərinin poçtlara verildiyindən xəbərsizdirlər: "Bizə satmaq üçün veriblər, biz də satırıq".

"Azərpoçt" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehman Balabəyov isə Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, iş dəftərlərinin poçtlarda satılmasının səbəbi ilə bağlı sualları Təhsil Nazirliyinə ünvanlayın.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, "Azərbaycan dili" - tədris dili fənni üzrə 1-ci sinif üçün iş dəftəri üzrə müstəsna hüquqların sahibi Təhsil Nazirliyi, Təhsil Texnologiyaları Mərkəzidir. Təhsil İnstitutundan sözügedən şöbənin əməkdaşlarının pandemiyaya görə işə gəlmədiyini bildirdilər. Təhsil Nazirliyinin 146 "Qaynar Xətt"indən isə verdiyimiz sualın cavabını bilmədiklərini söylədilər.

Xəbər lenti
0