BAKI, 24 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 259 yoluxma faktı qeydə alınıb. Sputnik Azərbaycan "Stopcov"a istinadən xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 4399-a çatıb.
Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 40 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1705-ə çatıb, 25 nəfər isə ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,8 milyonu keçib, 973 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.