BAKI, 24 sentyabr — Sputnik. Vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunur.
Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, hazırda təqdim olunan videoda "Heç bilirdinizmi "ev dustaqlığı" nədir?" mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.
Təqdim olunmuş videonu eyni zamanda Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.