CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştli mənzillərin satışı başa çatdı - Kasıb, ev ala bildinmi?!

© Official website of President of Azerbaijan RepublicHövsan yaşayış kompleksi
Hövsan yaşayış kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

BAKI, 24 sentyabr — Sputnik. 224 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub.

Bu barədə Sputnik Azərbaycan-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 30.06.2020 və 03.07.2020-ci il tarixlərində "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş ümumilikdə 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb. Mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Satışın nəticələri barədə statistik məlumatlarla bu link vasitəsilə tanış ola bilərsiniz: https://mida.gov.az/az/statistics/statistics_21/

Xəbər lenti
0