CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda dəhşətli qətl: Övladlığa götürülmüş şəxs nənəsini və bibisini öldürüb

© Sputnik / Murad OrujovМужчина с ножом, иллюстративное фото
Мужчина с ножом, иллюстративное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törətməkdə şübhəli bilinən Samir Cavadov anası dünyasını dəyişdikdən sonra nənəsinin və bibisinin evində yaşamağa başlayıb.

BAKI, 24 sentyabr — Sputnik. Bakıda övladlığa götürülmüş şəxs dəhşətli qətl törədib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər.

İlkin araşdırmalar zamanı hadisənin Cavadovaların övladlığa götürdükləri Samir Cavadov tərəfindən törədildiyi müəyyən edilib.

Məlumata görə, Esmira Cavadova və qızı eyni ünvanda yaşayıblar. Hadisəni törətməkdə şübhəli bilinən Samir isə anası dünyasını dəyişdikdən sonra nənəsinin və bibisinin evində yaşamağa başlayıb. Ailədaxili münaqişə zəminində Samir nənəsi Esmira Cavadovaya və bibisi Tamella Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Hər iki şəxs aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

Daha sonra şübhəli şəxs paltarlarını dəyişərək evdən qaçıb. Samir evdən çıxarkən mətbəxdəki qaz plitəsini açıq qoyub. Maye qazın qoxusundan qonşular xəbər tutub. Dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Mənzilin qapısı açılıb və evə maye qazın verilişi dayandırılıb.

Hazırda Samir Cavadovun yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tamella Cavadova müəllim olub. Onun iki qızı var. Qızlarından biri Almaniyada, digəri isə İtaliyada yaşayır. Mərhumun Almaniyadakı qızı Səbinənin sabah doğmaları ilə vidalaşmaq üçün vətənə gələcəyi gözlənilir.

Xəbər lenti
0