BAKI, 23 sentyabr — Sputnik. Ukrayna lideri Vladimir Zelenski bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri məhduddur, lakin predmetlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukrayna Prezidenti Slovakiyanın "Hospodárske" nəşrinə müsahibəsində bildirib.
"Bizim Prezident Putinlə müxtəlif formatlarda ünsiyyətimiz var – bu həm Normand dördtərəfli formatı və ikitərəfli formatdır: ehtiyac olarsa isə biz birbaşa danışırıq. Bu nəyinki yalnız Ukrayna, həm də bütün Avropa üçün əhəmiyyətli, vacib qərarlar tapmağa imkan verir. Rusiya Prezidenti ilə kommunikasiya məhduddur, lakin predmetlidir. Perfeksionist olaraq mən bizim dialoqumuzdan daha böyük effektivlik istəyərdim", - deyə Zelenski qeyd edib.