CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rüşvət almaqda günahlandırılan sabiq XİN rəsmisi ev dustaqlığına buraxıldı

© Photo : APAFaiq Bağırov
Faiq Bağırov - Sputnik Azərbaycan
Abunə olmaq
XİN-in Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi.

BAKI, 23 sentyabr — Sputnik. Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "e-mehkeme.gov.az" saytı məlumat yayıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F. Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin edilib.

Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0