CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər

© AFP 2024 / JEAN-FRANCOIS MONIERСотрудник лаборатории, фото из архива
Сотрудник лаборатории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Denge qızdırmasından sağalmış insanlarda COVID-19 xəstəliyinə qarşı immunitet yarana bilər - Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun şöbə müdiri Aleksandr Butenko.

BAKI, 23 sentyabr — Sputnik. Denge qızdırmasından sağalmış insanlarda COVID-19 xəstəliyinə qarşı müəyyən immunitet yaranır. Bir qədər əvvəl Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verib ki, bu barədə ABŞ-ın Dyuk Universitetinin professoru Migel Nikolelisin hələ dərc edilməmiş araşdırmasında deyilir. 

Amerikalı alim aşkar edib ki, son illərdə denge qızdırmasının baş verdiyi bölgələrdə koronavirus daha aşağı sürətlə yayılır.

"Bu təəccüblü kəşf denge flavivirusu və SARS-CoV-2 serotipləri arasında qarşılıqlı immunoloji reaktivliyin olması imkanını artırır", – o qeyd edib.

Вакцинация, фото из архива - Sputnik Azərbaycan
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır

Nikolelisin sözlərinə görə, onun fərziyyəsi təsdiqlənərsə, insanlar denge peyvəndi sayəsində COVID-19 xəstəliyinə qarşı müəyyən bir immunitet səviyyəsi əldə edə biləcəklər.

Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun şöbə müdiri, Professor Aleksandr Butenko bu fikirlə razı deyil. Radio Sputnik-in efirində o, öz arqumentlərini irəli sürüb.

"Koronaviruslar qrupu çox böyükdür, onların hamısı "Coronaviridae" taksonomik ailəsinə daxildir. İndiki pandemiyaya səbəb olmuş virus Beta-koronavirus cinsinə aiddir. Denge virusu isə "Flaviviridae" ailəsinə daxildir – bura həmçinin sarı qızdırma, gənə ensefaliti, yapon ensefaliti və bir çox başqa viruslar aiddir.  Yəni bu ailələrin virusları arasında elə bir antigen qohumluq yoxdur ki, infeksiyalar arasında qarşılıqlı immunitetə təsir edən amil kimi xidmət etsin. Qohumluq tamamilə yoxdur, buna görə də belə bir imkan istisna olunur", – Butenko bildirib.

Человек скончавшийся от COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Kollektiv immunitet kömək etməyəcək". Pandemiyanı dayandırmağın yolu açıqlanıb

Bundan başqa, o qeyd edib ki, denge qızdırmasının yayıldığı ölkələrdə koronavirus infeksiyasına yoluxma ilə bağlı statistika amerikalı alimin versiyasını təsdiq etmir.

"Koronavirusa yoluxmanın yüksək olduğu əsas ocaqları götürün – məsələn, Braziliya və daha bir neçə Cənubi Amerika ölkəsi. Braziliya denge qızdırması üzrə hiperendemik ölkədir, yəni xəstəlik orada çox aktiv şəkildə tüğyan edir – ölkədə bu virusun dörd növü və virusa qarşı çox əhəmiyyətli dərəcədə immun təbəqəsi var. Eyni sözləri Hindistan, tropik ölkələr haqqında da söyləmək olar. Orada koronavirusa yoluxma da yüksəkdir. Hər yerdə insanlar xəstələnir, baxmayaraq ki, denge virusuna qarşı əhəmiyyətli immun təbəqəsi var – istər Braziliyada, istər Kubada, istərsə də Latın Amerikasının digər ölkələrində bu, geniş yayılmış tipik infeksiyadır. Buna görə də denge qızdırması heç bir dərəcədə məhdudlaşdırıcı bir amil deyil. Denge virusuna qarşı immunitetin yaranmasının koronavirus infeksiyasına qarşı qoruyucu təsirə malik ola biləcəyini düşünmək üçün heç bir səbəb yoxdur", – Butenko bildirib.

Xəbər lenti
0