BAKI, 23 sentyabr — Sputnik. Orta Asiyada çox sayda fanatları olan Fahriye Evcenin marka üzü olduğu L'Oréal'ın reklam filmi Qazaxıstanda yayınlanmağa başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, markanın yeni seriyasına aid olan məhsulları reklam edən Fahriye Evcen, qazaxıstanlıların sevimlisinə çevrilib.
Sosial media hesabından: "Qazaxıstandakı sevənlərimlə bir arada olmaq mənim üçün çox həyəcanlıdır. Orta Asiya və Qazaxıstanla çox sıx bağlarımız var. Onlar xüsusi münasibət bəslədiyim bölgədir" deyə Fahriye Evcen fikirlərini belə ifadə edib.