CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan internatlarında yaşayan balacalarla bağlı kədərli statistika

© © AR Mədəniyyət Nazirliyinin mətbuat xidmətiİnternat məktəbində yeni istehsal edilmiş cizgi filmlərinin nümayişi keçirilib
İnternat məktəbində yeni istehsal edilmiş cizgi filmlərinin nümayişi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Hər hansı şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər

BAKI, 23 sentyabr — Sputnik. "Hazırda Azərbaycanda müəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib. O bildirib ki, 0-3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılır: "3 yaşdan yuxarı uşaqlarla bağlı qeydiyyat isə Təhsil Nazirliyinin və İcra Hakimiyyətinin nəzdində olan uşaq evlərində aparılır. Həmçinin dövlət statusu olmayan sığınacaqlarda da uşaqlar var".

C.Şahverdiyev övladlığa uşaq götürmə ilə bağlı tələblərə də toxunub. O bildirib ki, hər valideyn himayəsindən məhrum olunmuş uşaq övladlığa götürülmə üçün münasib sayılmır: "Bunun üçün təhlillər aparılır, valideyn razı olarsa, uşaq övladlığa verilir. Hər hansı şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər".

Xəbər lenti
0