Gəncədə yerləşən Anatomiya muzeyi Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılıb və 90 ilə yaxındır ki, fəaliyyət göstərir.
Muzeydə saxlanılan eksponatlar buraya ilk dəfə daxil olanlar üçün həm vahiməli, eyni zamanda da maraqlı görünə bilər. Məsələn, burada insan skeletini görmək olar. Bundan başqa, xüsusi qablarda və formalinin içində müxtəlif heyvan nümunələri nümayiş etdirilir – uzunluğu iki metrdən artıq ilandan tutmuş, kərtənkələ, quş və digər böyük və kiçik ölçülü heyvanlar.
Anatomiya, Patanatomiya və Patfiziologiya kafedrasının dosenti Ehkam Əliyev bildirib ki, sovet vaxtında qurbağa, kərtənkələ, ilan və digər preparatları Moksvada tədris vəsaitləri hazırlayan fabrikdən sifariş ediblər. Bundan başqa, tələbələrin özləri də bəzi ilanları muzeyə təqdim ediblər.
Hal-hazırda ölkədə tüğyan edən pandemiyaya görə insanlar muzeyə həvəslə getməsələr də Sputnik Azərbaycan-ın bölgə müxbiri istəyənlər üçün muzeyə virtual səyahət təşkil edə bilib.