BAKI, 21 sentyabr — Sputnik. Təyyarə havada olduğu zaman dünyaya gələn şanslı körpə ömür boyu pulsuz uçuş hüququ qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, Qahirədən Londona uçuş həyata keçirən "EgyptAir" şirkətinin təyyarəsi Hiyam Nasir Naci Daaban adlı yəmənli sərnişinin doğuş sancıları başladığı üçün məcburi eniş etməli olub.
هنيء الطيار رشدي زكريا رئيس مجلس إدارة الشركة القابضة لمصرللطيران الراكبة هيام نصر ناجي دعبان يمنية الجنسية علي سلامتها ومنح مولودتها تذكرة سفر مجانية مدي الحياة والتي أنجبتها علي متن الطائرة أثناء رحلة مصرللطيران المتجهة أمس من القاهرة إلي لندن. pic.twitter.com/WDLsBFePDW
— EGYPTAIR (@EGYPTAIR) September 17, 2020
Qadını vaxtında xəstəxanaya çatdırmağı ümidi ilə Almaniyanın Münhen şəhərində eniş etmək istəyib. Lakin qadın təyyarədə olan bir həkimin köməkliyi ilə təyyarə yerə eniş etmədən uçağı dünyaya gətirib.
Ananı təbrik edən "EgyptAir" şirkətinin rəhbəri Ruşdi Zekeriya körpəyə ömür boyu pulsuz səyahət etmək hüququ verəcəklərini bildirib.
Lakin şirkətin yaydığı açıqlamada körpənin pulsuz səyahət etmək hüququnun yalnız təyyarə məcburi eniş etdiyi Münhenə aid olduğunu bildirib.