CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə unikal tapıntı üzə çıxıb

© Photo : İnstitute of Archaeology and EthnographyŞəkidə tarixi abidə aşkarlanıb
Şəkidə tarixi abidə aşkarlanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkar edilib.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxıb. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edildi. Bunlar antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olundu.

© Photo : İnstitute of Archaeology and Ethnography
Şəkidə tarixi abidə aşkarlanıb - Sputnik Azərbaycan
1/3
© Photo : İnstitute of Archaeology and Ethnography
Şəkidə tarixi abidə aşkarlanıb - Sputnik Azərbaycan
2/3
© Photo : İnstitute of Archaeology and Ethnography
Şəkidə tarixi abidə aşkarlanıb - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində antik dövrün müxtəlif mərhələlərinə aid 4 qəbir aşkar edilib. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc əşyalar, dəmir silahlar, pasta muncuqlar və s., həmçinin, insan və heyvan qalıqları əldə olundu.

Qazıntı işləri dronla aparılmış aerofotoçəkiliş vasitəsilə sənədləşib, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınıb.

Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilməyiblər. Buna baxmayaraq, builki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.

Xəbər lenti
0