Koronavirusa yoluxanların sayı 31 milyonu keçdi

© REUTERS / GONZALO FUENTESСитуация в связи с эпидемиологической обстановкой во Франции
Ситуация в связи с эпидемиологической обстановкой во Франции - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

BAKI, 21 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 960 729 nəfər vəfat edib, 21 255 717 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 805 min 342 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1098958 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0