Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı

© AP Photo / TUT.byПротесты в Минске, фото из архива
Протесты в Минске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 17-də Avropa Parlamenti Belarusda keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edib.

BAKI, 21 sentyabr — Sputnik. Belarusda vəziyyət pisləşməkdə davam edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell bildirib.

"Belarusda vəziyyət pisləşməkdədir, dinc etirazlara qarşı repressiyalar davam edir. Bu gün biz Belarus xalqını necə dəstəkləyəcəyimizi, həmçinin Lukaşenkonu legitim prezident kimi tanımadığımız vaxtda Belarus hökuməti ilə əlaqələrə yenidən baxmağı müzakirə edəcəyik", - deyə Borell qeyd edib.

Qeyd edək ki, sentyabrın 17-də Avropa Parlamenti Belarusda avqustun 9-da keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edib. Bundan əlavə, Avropa Parlamenti Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti saymır.

Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

Xəbər lenti
0