CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın bölgələrində də peşə məktəbləri açılmalıdır

© Sputnik / Murad OrujovОтветственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев
Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев - Sputnik Azərbaycan
Abunə olmaq
İlqar Orucov: "Bölgələrimizi əhatə edən, hər rayonun iqtisadi inkişafı üzrə peşə məktəblərinin olmasına ehtiyac var"

BAKI, 21 sentyabr — Sputnik. Əmək bazarında müasir texnoloji avadanlıqlardan istifadə bacarığına malik orta ixtisas təhsilli şəxslərə tələbat böyükdür. Bu isə ölkəmizdə peşə təhsilinin inkişafını vacib edir. Sovetlər dövründə ölkəmizdə sənaye sahəsi inkişaf etdiyindən peşə təhsilinə ciddi diqqət yetirilib. Keçid dövründə isə peşə məktəbləri demək olar ki, süqut edib. Peşə məktəblərinin yenidən dirçəldilməsi günümüzün tələbidir.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov peşə təhsilinin inkişafı üçün görüləcək işlərdən birinin məhz regionlarda peşə məktəblərinin yaradılması ilə bağlı olduğunu söyləyir:

"Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı proqram qəbul olunub. Bu məqsədlə dövlət agentliyi yaradılıb. Artıq Koreya hökuməti ilə Azərbaycanda peşə təhsilinin inkişafı məqsədilə müqavilə imzalanıb. Koreya hökumətinin maliyyə dəstəyi ilə müasir peşə məktəbi yaradılıb. Həmin mərkəz yeni texnologiyalarla təmin olunub. Gənclərimiz o peşə məktəbində təhsil alırlar. Orada gənclərin yaşamaq və qidalanmaq xərclərini dövlət qarşılayır. Bütün bunlar yaxşı işlərdir. Amma peşə məktəblərinin bütün Azərbaycanı əhatə etməsi vacibdir. Bölgələrimizi əhatə edən, hər rayonun iqtisadi inkişafı üzrə peşə məktəblərinin olmasına ehtiyac var".

İ.Orucov deyir ki, peşə məktəblərinin açılması ciddi maliyyə tələb edən məsələdir:

"Cənab prezidentin regionların inkişafı ilə bağlı sərəncamı var. Regionların inkişafı üçün bölgələrimizdə spesfik peşə hazırlığı vacibdir. Peşə təhsilinin inkişafı üçün Təhsil Nazirliyi də iş aparır. Çox təəssüf ki, zamanında peşə təhsili kölgədə qaldığı üçün peşə məktəblərinin bir qismi bağlandı. Bu gün peşə məktəblərinin inşası üçün torpaq sahələrinin, ərazilərinin ayrılması vacibdir. Amma nəzərə almaq lazımdır ki, peşə məktəblərinin, eləcə də yeni müasir innovativ qurğuların qurulması böyük sərmayə tələb edir. Ona görə də, özəl sektorun peşə məktəblərinin açılmasına marağı olmalıdır. Artıq Dövlət Neft Şirkətinin özünün peşə məktəbi fəaliyyət göstərir. Bununla öz kadr təminatını təmin edir. Amma bizim iqtisadiyyatımız təkcə neftlə bağlı deyil. Müxtəlif sahələrdə peşə təhsilinin verilməsi, kadr hazılığı vacibdir. Həmçinin əmək bazarında yeni peşələrə tələbat yaranır".

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0