BAKI, 20 sentyabr - Sputnik. Özbəkistanın baş nazirinin müavini Uktam Barnoyev COVID-19-dan vəfat edib. Bu barədə Sputnik Özbəkistan xəbər verir.
Barnoyevdə koronavirus iyul ayının sonlarında aşkar edilmişdi. O, Daşkənddəki özəl klinikalardan birində müalicəsinə başlamış, sonra isə müalicəni Almaniyada davam etdirmişdi.
Uktam Barnoyevin 56 yaşı var idi.
Özbəkistanda artıq üçüncü rəsmi şəxs koronavirusdan vəfat edir. Qaraqalpaq Müxtariyyətinin parlamentinin sədri Musa Ərniyazov və Özbəkistan maliyyə nazirinin müavini Erkin Tursunov da COVID-19-dan vəfat ediblər.
Ümumilikdə Özbəkistanda koronavirusdan 429 nəfər ölüb.