Həyat yerində durmur və hər gün dünyanın müxtəlif yerlərindən onlarla xəbər gəlir – həm yaxşı, həm də təəssüf ki, pis. Belə ki, ötən həftə Türkiyənin paytaxtı Ankarada qum fırtınası baş verib. Səudiyyə Ərəbistanı çöllərindən gələn ağır toz buludları görüntünü çətinləşdirib, havanı çirkləndirib və sakinlərin normal nəfəs almasına mane olub.
Amerika Birləşmiş Ştatlarının Alabama və Florida sahillərini güclü "Salli" qasırğası vurub. Güclü külək evlərə, eləcə də elektrikötürücü xətlərə ziyan vurub, nəticədə, 550 minə yaxın insan elektrik enerjisindən məhrum olub.
Belarus, Kolumbiya, İspaniya, Honduras, Böyük Britaniya, Fransa və Ekvadorda isə etiraz aksiyaları baş tutub. Bir sıra ölkələrdə hökumətə və polisin qəddarlığına qarşı etiraz ediblər, digərlərində isə etirazçılar sosial-iqtisadi problemlərin həllini tələb ediblər.
Dünyanın ötən həftə nə yaşadığını bir daha görmək üçün müxtəlif ölkələrdə çəkilmiş fotoşəkillərə baxmağı təklif edirik. Dünyanın informasiya agentliklərinin fotomüxbirləri tərəfindən çəkilmiş yaddaqalan hadisələri, həmçinin emosional anları Sputnik Azərbaycan-nın təqdim etdiyi həftəlik fotoreportajda izləyin.