BAKI, 20 sentyabr — Sputnik. İngiltərə və ABŞ alimləri Veneranın atmosfer tərkibini analiz edərək, bioloji mənşəli olduğu ehtimal edilən element tapıblar.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, söhbət fosfin elementindən gedir.
Versiyaya görə, fosfin müəyyən orqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələ bilər. Bunun doğru olub-olmaması hələ məlum deyil. Ancaq Venerada tədqiqatçıların əvvəllər düşünmədikləri mürəkkəb kimyəvi proseslərin getdiyi göz qabağındadır.
Bu kəşf ALMA rəsədxanası (Çili) və James Clark Maxvell infraqırmızı teleskopu (Havay) ilə edilib. Alimlər hələ illər əvvəl Venerada həyatın mümkünsüz olduğuna inanırdılar. Çünki ora çox isti idi və hava zəhərli maddələrlə dolmuşdu. Ancaq son illərdə bu planetdə mikroorqanizmlərin koloniyalarının əmələ gələ biləcəyi deyilən bir neçə tədqiqat həyata keçirilib.
Bununla da elm adamları naməlum canlıları təsvir edə biliblər. Belə ki, bu canlılar yaşamaq üçün yüksəklikdə qalmalı və xüsusi bir metabolizma növü istifadə etməlidirlər.