BAKI, 20 sentyabr — Sputnik. Qanada avtobusun çaya düşməsi 8 futbolçunun ölümü ilə nəticələnib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qananın Sports World Ghana idman portalı məlumat yayıb.
Hadisə şənbə günü axşam saatlarında Aşantı bölgəsində baş verib.
İdmançıların olduğu avtobus çaya düşüb. Altı nəfər yerindəcə, daha iki nəfər xəstəxanada ölüb. Dörd futbolçunun vəziyyəti ağırdır. Qəzada yüngül xəsarət alan daha 24 nəfər xəstəxanaya yerləşdirilib.
Komandadakı gənclər futbol liqasındQana*
iştirak etmək üçün qeydiyyatdan keçmək məqsədilə Kumanti şəhəri yaxınlığındakı məntəqədən yolu düşüblər.