BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanlı müğənni Elnar Xəlilov hava limanında döyülüb. Sputnik Azərbaycan xəbər verir ki, ifaçının döyüldüyü anın görüntüləri "Space" TV-də yayımlanan "Gəl dərdini danış" proqramında yayımlanıb.
Посмотреть эту публикацию в Instagram
Verilişdə açıqlama verən Elnar Xəlilov bildirib ki, hadisə hava limanında baş verib. Müğənni maşınını saxlamaq istəyərkən Anar adlı sürücü ilə aralarında mübahisə yaranıb. Daha sonra isə onlar əlbəyaxa dava ediblər.
Əraziyə polis əməkdaşları gəliblər. Onlar polis şöbəsinə aparılıb. Proqram zamanı E.Xəlilov prosesin hüquqi baxımdan düzgün aparılmadığını qeyd edərək efirdən Vilayət Eyvazova müraciət edib.