Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri

© AP Photo / Francois MoriПрезидент Франции Эммануэль Макрон, фото из архива
Президент Франции Эммануэль Макрон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqının bu regionda qayda qoymaq, qaydaları dəyişdirmə, sərhədləri müəyyənləşdirmək kimi hüququ yoxdur. Yunan qonşularımızın istəksiz olması və bir sıra ön şərtlər irəli sürməsi bu mövzuları yavaşladır.

BAKI, 18 sentyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Aralıq dənizinin şərqi regionunda problemlərin üzərinə benzin tökür. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

"Makron buradakı problemlərin üzərinə benzin tökür. Bu isə həll yolunu daha da uzadır. Xəyal görən Makronun özüdür. Avropa İttifaqının bu regionda qayda qoymaq, qaydaları dəyişdirmə, sərhədləri müəyyənləşdirmək kimi hüququ yoxdur. Yunan qonşularımızın istəksiz olması və bir sıra ön şərtlər irəli sürməsi bu mövzuları yavaşladır. Toplantılar sonuna qədər davam edir", - deyə Türkiyənin müdafiə naziri qeyd edib.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsinə isə Kipr Respublikasının nəzarəti altındadır.

 

Xəbər lenti
0