Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 18 sentyabr — Sputnik. Goranboyda “Mercedes” markalı yük avtomobili yanıb. Hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, Qazaxdan Zərdab rayonuna sement daşıyan yük avtomobilinin qoşqusu qəfildən alovlanıb. Sürücü yanğının genişləndiyini görüb dərhal avtomobili saxlaya bilsə də alovu söndürməyə nail olmayıb. Hadisə yerinə 2 yanğınsöndürmə birqadası cəlb edilib. Alov söndürülsə də yük maşınının qoşqusu və oraya yığılan xeyli sement yararsız hala düşüb.
Məlumata görə, “Mercedes” markalı yük maşınının qəfil alovlanmasına təkərdən başlanan yanğın səbəb olub. Qeyd edək ki, sürücü Qazaxdan Zərdab rayonuna sement daşıyırmış. Baş verən hadisəylə bağlı araşdırma aparılır.