CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doqquz il əvvəl törədilmiş cinayətin üstü açıldı - Zaqatalada

© REUTERS / ISMAIL ZITOUNYМорг, фото из архива
Морг, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 18 sentyabr — Sputnik. Zaqatalada 9 il əvvəl baş vermis cinayətin üstü açılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi 9 il sonra açılıb.

Peşəkar prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyyubovanın yaşadığı evdə günlük kirayədə qalan İsmayılov Polad Şəmsəddin oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İsmayılov bıçaqla xəsarətlər yetirərək Seyran Əyyubovanı qətlə yetirib. 

Polad İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti
0