CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənni müflis olub

© Photo : Instagran / menzure_musayevaMüğənni Mənzurə Musayeva
Müğənni Mənzurə Musayeva - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən 2020-ci ili həyatıma yazmıram. Bircə sənətim uğurumdur. Anadan gələndən müğənniyəm, başqa peşədən bu sənətə gəlməmişəm"

BAKI, 18 sentyabr — Sputnik. Müğənni Mənzurə Musayeva müflis olub. Sputnik Azərbaycan xəbər verir ki, ifaçı bu barədə ATV kanalında yayımlanan "Üçümüz" verilişində deyib: "Gözəllik salonu açmışdım, 20 gün işlədi. Bütün pulumu salona qoydum ki, gəlir əldə edim. Amma pandemiya düşdü və pulum batdı. İşim alınmadı. Mən 2020-ci ili həyatıma yazmıram. Bircə sənətim uğurumdur. Anadan gələndən müğənniyəm, başqa peşədən bu sənətə gəlməmişəm".

Qeyd edək ki, bir neçə gün öncə müğənni kanalların birində uğursuz biznes həyatından danışarkən daş karxanasını da işlədə bilmədiyini söyləmişdi: "Yüngül biznesim var idi. Hamısı əlimdən getdi. Bəzi problemlər səbəbindən daş karxanasını işlədə bilmədik. Yüz min itirdim, müflis oldum".

Xəbər lenti
0